UFC-nin yarımorta çəki dərəcəsində çempionu İslam Maxaçevin məşqçisi Xavyer Mendes yetirməsinin bu çəkidə qarşılaşa biləcəyi ən çətin rəqibi açıqlayıb.

Offsideplus.az xəbər verir ki, o, İan Gerri ilə müqayisədə Şavkat Raxmonovun Maxaçev üçün daha ciddi sınaq olacağını bildirib.

"Məncə, Gerri yarımorta çəkidə ən güclü ikinci rəqibdir. Amma Şavkatla döyüş Maxaçev üçün daha çətin ola bilər. Onun qayıdışından sonra nəyə qadir olacağını görəcəyik", – deyə məşqçi vurğulayıb.

Qeyd edək ki, İ. Maxaçev və İan Gerri arasında döyüş 16 avqustda UFC 330 turnirində baş tutub və Maxaçev hakimlərin yekdil qərarı ilə qalib gəlib. Məşqçi həmçinin Maxaçevin qayıdışının dekabr turnirindən etibarən mümkün olduğunu qeyd edib.