UFC-nin keçmiş orta çəki çempionu Xamzat Çimayev Şon Striklendə qarşı keçirdiyi son döyüş barədə fikirlərini bölüşüb.

Offsideplus.az xəbər verir ki, o, açıqlamasında bunları söyləib:

"Özümü məğlub hesab etmirəm. Əgər təslim olmursansa, uduzmursan. Bu döyüşdən sonra məndə heç nə dəyişməyib. Mən beş yaşından hər gün məşq edirəm. Ailəmə, qardaşıma baxıram, pul qazanıram".

Qeyd edək ki, Xamzat Çimayev son döyüşünü 2026-cı ilin mayında UFC 328 turnirində keçirib və Şon Striklendə hakimlərin qərarı ilə uduzub.

Çimayev əlavə edib ki, 84 kiloqram çəki dərəcəsində bütün rəqibləri məğlub etmədən yarımorta çəkiyə keçmək fikrində deyil.