Azərbaycanlı MMA döyüşçüsü Məhəmmədəli Osmanlı növbəti parlaq qələbəsini qazanaraq adını finala yazdırıb.

Offsideplus.az xəbər verir ki, o, qarşılaşma zamanı tətbiq etdiyi inanılmaz boğucu fəndlə rəqibi Kristian Stronqu (Christian Strong) məğlubiyyətə uğradıb.

Bu nəticə ilə məşhur MMA döyüşçüsü Daniel Kormyenin (Daniel Cormier) turnirdə heç bir yetirməsi qalmayıb. Belə ki, Kormyenin hər iki idmançısını məhz təmsilçimiz vaxtından əvvəl bitirişlə sıradan çıxarıb.

Məhəmmədəli Osmanlı turnirin final görüşündə öz komanda yoldaşı ilə qarşılaşacaq. Həlledici döyüş sentyabrın 26-da baş tutacaq.