Futbol üzrə Türkiyə milli komandası UEFA Millətlər Liqasında ən güclülərin yarışdığı A Liqasına yüksəlib.

Offsideplus.az xəbər verir ki, "ay-ulduzlular" Macarıstana futbol dərsi keçiblər.

İlk görüşdə 3:1 hesablı qələbə qazanan qardaş ölkənin futbolçuları bu gün cavab matçında səfərdə rəqibin qapısından 3 cavabsız top keçiriblər. 

Türkiyə yığması gələn mövsümdən etibarən Millətlər Liqasının A, Macarıstan isə B Liqasında mübarizə aparacaq. Müqayisə üçün qeyd edək ki, Azərbaycan milli komandası bu yarışda ən zəiflərin toplaşdığı D Liqasında çıxış edəcək.