UEFA Millətlər Liqasında İspaniya İngiltərəyə uduzub - 2:3.
Offsideplus.az xəbər verir ki, ispanların baş məşqçisi Luis Enrike oyunu belə şərh edib:
“Hakimlər haqda danışmaq istəmirəm. Onların da işi çətindir, artıq bunu qəbul etməliyik. Oyunun əvvəlində çox pis idik, bunu etiraf etməliyəm. İlk qol bizi öldürdü. Fərdi səhvlərə çox yol verdik. Son dünya çempionatının iki yarımfinalçısı ilə bir qrupda olmaq asan deyil. Xorvatiyaya qələbə üçün gedəcəyik. Fasilədə futbolçuları öldürə bilərdim. Ancaq mən onları gücləndirməyi seçdim. Heç birini dəyişdirmədim. Onlara mükəmməl olduqlarını dedim və sonra iki qol vurduq”.