"Qalatasaray"ın hücumçusu Alvaro Morata qeyri-qanuni platformalarda idman mərc oyunları ilə bağlı ona qarşı irəli sürülən ittihamlara cavab verib.
Offsideplus.az xəbər verir ki, təcrübəli futbolçu sosial media paylaşımında bunları yazıb:
"Mən haqqımda çıxan məlumatları gördüm və demək istəyirəm ki, Nikolo Facyoliyə illər ərzində kömək etdiyim yeganə şey ona bir dost kimi və ondan daha təcrübəli biri kimi karyera məsləhətləri verməkdir. Mən onun vəziyyəti haqqında heç vaxt heç nə bilmirdim".
Hazırda bu barədə bir çox futbolçunun daxil olduğu araşdırmalar aparılır. Şübhəlilər siyahısına Ueston Makkenni (“Yuventus”), Mattia Perin (“Yuventus”), Anxel Di Mariya (“Benfika”), Leandro Paredes (“Roma”), Alessandro Florentsi (“Milan”), Nikolo Zaniolo (“Fiorentina”) və bir sıra digər futbolçular da daxildir. Onların heç də hamısının qeyri-qanuni platformalarda idman mərclərini qoymadığı qeyd edilib. Bəziləri onlayn poker və kazino oynadıqları üçün araşdırılır.