"Borussiya" icarə əsasında heyətində olan Karni Çukvuemeka barədə qərar verib.

Offsideplus.az xəbər verir ki, Dortmund klubu onu birdəfəlik transfer etməyə çalışacaq. Almaniya klubu 21 yaşlı yarımmüdafiəçi üçün klubu "Çelsi" ilə danışıqlara başlayacaq.

Bu barədə insayder Fabritsio Romano məlumat yayıb.

Çukvuemeka bu ilin yanvarında "Borussiya"ya qoşulub. O, burada 10 oyunda meydana çıxıb və 1 qol vurub.

Transfermarkt portalına görə gənc futbolçunun dəyəri 15 milyon avrodur.