UEFA Millətlər Liqasında millimizin rəqibi olan Monteneqro yığması ciddi itki ilə qarşılaşıb.

Offsideplus.az xəbər verir ki, noyabrın 14-ü baş tutacaq 5-ci tur matçında Monteneqronun 3 futbolçusu oyunu buraxacaq. 

Buna səbəb futbolçuların ötən gün Lüksemburqla matçda cəzalı duruma düşmələridir. Evdə 1:2 hesabı ilə uduzan Monteneqronun iki oyunçusu (Marko Simiç, Marko Yankoviç) qırmızı, biri isə (Momçilo Raspopoviç) sarı vərəqə alıb.