"Azərbaycana əliboş qayıtmaq istəmirik, maksimum nəticə qazanmaq istəyirik". 

Offsideplus.az xəbər verir ki, bu sözləri İslandiya - Azərbaycan matçından əvvəl yığmamızın üzvü Rəhman Daşdəmirov jurnalistlərə açıqlamasında deyib. O, sabah DÇ-2026-nın seçmə mərhələsinin ilk qrup oyunu barədə danışıb:

"Oyuna fikrimcə yaxşı hazırlaşmışıq. Rəqibi analiz etmişik. Erkən gəlmişik. Məncə yaxşı hazırlaşmışıq. Komandamıza güvənirik. Nəticə baxımından da yaxşı olacaq".

Jurnalistlərin İslandiya səfəri Misli və AFFA-nın dəstəyi ilə həyata keçirilir.