Futbol üzrə Türkiyə milli komandası 2025-ci ildə Rusiya ilə yoldaşlıq görüşü keçirməyi planlaşdırmayıb.

Offsideplus.az xəbər verir ki, bu barədə Türkiyə Futbol Federasiyasının mətbuat katibi Turker Tozar sport24.ru saytına məlumat verb.

O, yoxlama matçı üçün vaxt olmadığını bildirib: "Bu il Rusiya ilə qarşılaşmağa sərbəst günümüz yoxur. Yayda ABŞ-a səfər edəcəyik. Bu barədə artıq elan vermişik. Payızda isə yalnz rəsmi matçlar keçiriləcək. O ki qaldı 2026-cı ilə, gələn illə bağlı planlarımız təsdiqlənməyib. Yaxşısı budur ki, rəsmi təqvimin təsdiqini gözləyək".

Xatırladaq ki, bir müddət öncə Rusiya Futbol İttifaqının martda yoldaşlıq görüşü keçirmək məqsədilə AFFA-ya müraciət ünvanladığı barədə məlumat yaylmışdı. AFFA-nın imtinasından sonra ruslar Qrenadanı (19 mart) özlərinə rəqib seçiblər. Martın 25-də isə Rusiya - Zambiya matçı olacaq.

BU DA MARAQLIDIR:

"Qarabağ"ın futbolçusunun bu qolu ən yaxşı seçildi - VİDEO