Avropa Çempionatının seçmə mərhələsində Serbiyanın 21 yaşlılardan ibarət milli komandasına qarşı oyunda yığmamız 2:0 hesabı ilə məğlub oldu.
Offsideplus.az xəbər verir ki, oyundan sonra baş tutan mətbuat konfransında baş məşqçi Samir Əliyev matç haqqında fikirlərini bölüşüb:
"Belə məğlubiyyətdən sonra danışmaq da çətindir. Futbolçularımız meydanda sona qədər vuruşdular. Qol vəziyyətləri yaratdıq. Belə rəqibə qarşı çox yaxşı mübarizə apardıq. Uşaqların da hər birinə ayrı-ayrılıqda təşəkkürümü bildirdim".
Murad Abdullazadə