Rusiya millisinin qapıçılar üzrə məşqçisi Vitali Kafanov maraqlı açıqlama ilə diqqət çəkib. 

Offsideplus.az xəbər verir ki mütəxəssis rus qolkiperlərin Avropada bənzəri olmadığını vurğulayıb.

Kafanov qapıçıların inkişafını yaxından izlədiyini bildirib. O, Avropada yarışmamaqlarına baxmayaraq, rusların səviyyəsinin yüksək olduğunu və digər ölkələrin oyunçularından geri qalmadıqlarını qeyd edib:

"Bizim qapıçılar yüksək performans nümayiş etdirirlər. Heç kim bizim gücümüzlə müqayisə oluna bilməz".