21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının heyətində dəyişiklik edilib.
Offsideplus.az xəbər verir ki, bu barədə AFFA-nın mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, A millinin Millətlər Liqasının qrup mərhələsində İsveç (1:3) və Slovakiya (0:2) ilə oyunlarında iştirak ərizəsində yer alan “Sabah”ın qapıçısı Yusif İmanov və “Qarabağ”ın hücumçusu Nəriman Axundzadə U-21-in heyətinə cəlb olunublar.
Qeyd edək ki, Samir Əliyevin komandası sentyabrın 10-da Avropa Çempionatının seçmə mərhələsi çərçivəsində “Dalğa Arena”da Serbiya yığması ilə qarşılaşacaq.