U-21 Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsi çərçivəsində F qrupunda 7-ci oyununa çıxıb.

Offsideplus.az xəbər verir ki, millimiz Lüksemburqun müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb. Eş-syur Alzett şəhərində yerləşən “Emil Mayriş” stadionunda keçirilən görüş meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. Bu nəticədən sonra komandamız 3 xalla 6-cı pillədə qərarlaşıb.

Qeyd edək ki, U-21 millimiz növbəti görüşünü sentyabrın 10-da, saat 19:00-da “Dalğa Arena”da Serbiya yığmasına qarşı keçirəcək.