Amerikanın "Çikaqo Fayr" klubunun yarımmüdafiəçisi Cerdan Şakiri İsveçrə millisindəki karyerasını başa vurduğunu açıqlayıb.

Offsideplus.az xəbər verir ki, o, bu barədə sosial şəbəkə hesabında yazıb.

Şakiri 2010-cu ilin martında İsveçrə millisində debüt edib. 32 yaşlı futbolçu yığmanın heyətində ümumilikdə 125 oyun keçirib, 32 qol vurub.

Yarımmüdafiəçi karyerası ərzində “Bazel”, “Bavariya”, “İnter”, “Stok Siti”, “Liverpul” və “Lion”da  çıxış edib.