Türkiyənin İsparta şəhərində təlim-məşq toplanışında olan 21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası bu gün ikinci yoxlama oyununa çıxacaq.
Offsideplus.az xəbər verir ki, U-21 Qırğızıstanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşacaq.
“Sav” stadionunda olacaq görüş Bakı vaxtı ilə saat 18:00-da start götürəcək.
Qeyd edək ki, millimiz iyunun 6-da keçirilən ilk yoxlama oyununda bəhreynli həmyaşıdlarını 3:0 hesabı ilə məğlub edib.


