"Bu toplanışda hər kəsi görmək istəyirdik".
Offsideplus.az xəbər verir ki, bunu Azərbaycan milli komandasının baş məşqçisi Ayxan Abbasov San Marino ilə baş turacaq yoxlama oyunundan əvvəl keçirilən mətbuat konfransında deyib.
"Qarşıda gələn Millətlər Liqasına görə, bu təlim-məşq toplanışı bizim üçün çox vacib idi. Sabah da bunu görəcəyik inşallah. Son oyunda nə qədər desək də, yaxşı oynadıq. Ancaq bu bizi qane etmir. Bunu "FIFA Series" turnirimdə də gördük nə qədər hücumlarımız olur, amma şanslardan yararlana bilmirdik. Ümidvaram ki, futbolçularımız Malta ilə oyundakı məğlubiyyətə sabah yaxşı reaksiya verəcəyik.
Biz Malta ilə matçda iki gün oynasaq da, qol vura bilməyəcəkdik. İlk qolda fərdi səhvlər var idi, ikinci qolda isə əks-hücumda yaxalandıq. Orada taktiki foul lazım idi.
Sabah qalib gələcəyimizə inanıram. Bizə qalibyyət lazımdır. İstəyirik milli komandanı inkişaf etdirək. Futbolçularımıza xaricdən az təklif olmağına səbəblərdən biri yığmamızın uğursuzluğudur".
O, San Marino ilə oyuna start heyətində başlayacaq heyəti də açıqlayıb:
Şahruddin Məhəmmədəliyev, Cəlal Hüseynov, Rahil Məmmədov, Rəhman Daşdəmirov, Rüfət Abbasov, Tellur Mütəllimov, Səbuhi Abdullazadə, Emin Mahmudov, Rüstəm Əhmədzadə, Ayxan Hüseynov, Renat Dadaşov.


