UEFA Millətlər Liqasının qrup mərhələsi çərçivəsində baş tutan Azərbaycan – Monteneqro oyunundan sonra mətbuat konfransı keçirilib.

Offsideplus.az Monteneqro millisinin baş məşqçisi Faruk Hadcibegiçin səsləndirdiyi fikirləri diqqətinizə çatdırır:
 
 “İstədiyimiz nəticəni əldə etdik. Çünkü qrupun digər oyununda Lüksemburq millisinin xal itirməsi işimizə yarayırdı. Hər iki komanda yaxşı oyun göstərdi və bütün bacarığını nümayiş etdirdi. Məncə, nəticə hər iki komanda üçün ədalətli oldu”.