Argentina millisinin sabiq yarımmüdafiəçisi Xavyer Maskerano həmyerlisi Lioner Messi ilə bağlı maraqlı açıqlama verib. 

Offsideplus.az xəbər verir ki, Maskerano bunları söyləyib:"

Messi müdafiəçi olsaydı, bəlkə də bu mövqedə dünyanın ən yaxşı oyunçularından biri olardı. Onu keçib məğlub etmək mümkün deyil. Bəzən "Barselona"da biz "təkbətək" oynayırdıq və "Leo"nu keçmək mümkün deyildi".

Qeyd edək ki, Messi 2023-cü ilin yayından MLS təmsilçisi "İnter Mayami"də çıxış edir.