12 illik fasilədən sonra Braziliyaya qayıdan ulduz futbolçu Neymar problemlə üzləşib.
Offsideplus.az xəbər verir ki, "Santos"un 33 yaşlı hücumçusu ölkə xaricində çıxış etdyi zaman aldığı lüks avtomobilləri vətəninə gətrə bilmir.
Söhbət Rolls-Royce Ghost, Aston Martin DBX, Bentley Continental GT, Lamborghini Huracan və 4 ədəd Mercedes-Benz G klassdan gedir.
Bahalı maşınlar kolleksiyasını Braziliyaya gətiməyə ölkə qanunvericiliyi maneə törədir. Braziliya qanunlarına görə, avtomobil idxalına məhdudiyyət var.
Xatırladaq ki, "Santos"un yetirməsi olan Neymar 2013-cü ildə vətəni tərk edib. O, İspaniyanın "Barselona", Fransada PSJ və Səudiyyə Ərəbistanının "Əl-Hilal" klubunda oynadıqdan sonra ötən ay "Santos"a qayıdıb.