"Ronaldo və Messi arasında seçim etmək futbol üçün təhqir sayılardı".

Offsideplus.az xəbər verir ki, bu sözləri İtaliya yığmasının və "Yuventus"un keçmiş futbolçusu Canluici Buffon deyib. 47 yaşlı veteran qapıçı "bu iki futbolçudan hansı güclüdür?" sualına birbaşa cavab verməyə çətinlik çəkib.

"Ronaldo bombardir, Messi isə fantaziyaya malikdir, onların hər ikisinin çoxlu qollar vurmaq bacarığı var. Mən onların hər ikisinə heyranam" - deyə Buffon bildirib.