"Qalatasaray"ın futbolçusu Mauro İkardinin Vanda Naradan ayrılması forvard üçün baha başa gələ bilər.
Offsideplus.az xəbər verir ki, bu barədə məlumatı "Nogo Mania" yayıb.
Mənbəyə görə, Vanda İkardinin uğurlu karyerasında müstəsna rolu olduğunu düşündüyü üçün ondan birdəfəlik ödəniş istəyir. Həmçinin, o, 2 qızı üçün aliment ödənilməsini də tələb edir. Modelyer Maurodan 38,5 milyon avro qoparmaq arzusundadır.
Qeyd edək ki, Nara sözügedən oyunçunun agenti olub.