Kristiano Ronaldo özünə həsr edilmiş kolleksiyadan "Jacob&Co" brendindən yeni saatını nümayiş etdirib.

Offsideplus.az xəbər verir ki, saat üzərində, Çempionlar Liqası çərçivəsində "Real"ın "Mançester Yunayted"ə qarşı matçında Ronaldonun vurduğu baş zərbəsinin təsviri öz əksini tapıb. 

Qeyd edək ki, "Jacob&Co" brendi Kristiano Ronaldonun futbolçu karyerasının ən yaxşı məqamlarını əks etdirən saat kolleksiyasını buraxır.