"Mançester Siti"nin futbolçusu Filip Foden sevgilisi Rebekka Kuk və üç övladı ilə birlikdə keçən ay beş yataqlı, beş hamamlı geniş kənd mülkünə köçüb. 

Offsideplus.az "The Sun"a istinadən xəbər verir ki, Foden iki yarım hektar ərazidə yerləşən balıq ovu gölünə və geniş bir otaqlı kottecə sahibdir. Mənbəyə görə, futbolçu karyerasını bitirdikdən sonra həyatına burda davam edəcək. 

Qeyd edək ki, "Transfermarkt" portalı ingilis oyunçunun transfer qiymətini 150 milyon avro ilə dəyərləndirir.