Azərbaycan Kubokunun 1/4 finalının ilk oyununda "Səbail" "Sabah" üzərində 3:2 hesablı qələbə qazanıb.

"Dənizçilər"in ilk qolunun müəllifi, 28 yaşlı uqandalı hücumçu Kizito Luvaqanın Offsideplus.az-a müsahibəsini təqdim edirik:

– Kubok matçında "Sabah" üzərində qələbə qazandınız. Təəssüratlarınız bölüşərdiniz...

– Bizim üçün nəfəskəsici bir an idi. Qələbə qazanmağa ehtiyacımız vardı, buna layiq idik. Çox yaxşı performans göstərsək də, son dönəmlər heç də şanslı deyildik.

– Premyer Liqada və Azərbaycan Kubokunda ilk qollarınıza dekabr ayında imza atdınız. Niyə qol vurmağınız belə çox zaman aldı?

– Bəli, bilirəm ki, qol vurmağım uzun çəkdi. Təəssüflər olsun ki, mövsümün əvvəlində zədələndim. Qayıdışımda isə çoxlu eniş-yoxuşlarla qarşılaşdım. Lakin indi ən vacibi odur ki, qayıtmışam və daha çox qol vurmağa fokuslanacam.

318139055 552901986848301 2538630461878073099 nk

– Cari mövsüm "Səbail"də əsas hədəfiniz nədir?

– Hazırda çalışıram ki, komandama hədəflərinə çatmaqda yardım edim. Bunun üçün qol vurmağa davam etməliyəm. Beləliklə, qələbə qazanmağa davam edə bilərik.

– Karyeranız boyunca demək olar ki, hər il fərqli klubda oynamısınız. Cari mövsümün sonu müqaviləniz başa çatanda "Səbail"i tərk edəcəksiz?

– Oyunlarda qələbə qazanmaq və yaxşı formada qalmaq üçün hazırda bütün diqqətimi "Səbail"ə cəmləşdirmişəm. Mövsümün sonunda nələr olacaq, görəcəyik. Lakin əlbəttə ki, istənilən oyunçu "Səbail" kimi yaxşı klubda karyerasını davam etdirmək istərdi.

 

317858669 552784126860087 6108735311473577833 n

–  Komanda yoldaşlarınızla münasibətiniz necədir?

– Komanda yoldaşlarımla çox yaxşı münasibətim var. Burada zarafat mədəniyyəti var, bu da bizi birləşdirir. Kapitanımız Rahid Əmirquliyevi misal çəkmək olar. Hər zaman zarafat edir və gülümsəyir.

– Çempionatda növbəti oyun turnir cədvəlinin sonuncusu "Sumqayıt"a qarşı olacaq. Bu qarşılaşmaya hazırsınız?

–  Bütün oyunlar kimi qarşıdan gələn matç da çətin olacaq. "Sumqayıt"ın yaxşı futbolçuları var, lakin daha vacibi komanda ruhudur. Bizdə bu yüksək səviyyədədir. İnanıram ki, "Sabah"la oyundakı kimi oynamağa davam etsək, istənilən komandanı alt-üst edə bilərik".

318104660 552783966860103 8105721630134854352 nj

– Azərbaycana, mətbəxə, yeni dilə necə uyğunlaşma prosesi necə gedir?
– Ən çətin olan dil idi, daha yaxşı əlaqə üçün öyrənməyə davam edirəm. Azərbaycan dilində futbolla bağlı ifadələri öyrənmişəm. Azərbaycan mətbəxi dadlıdır, insanlar isə xoş rəftar edirlər.

– Yerli əhali sizə necə rəftar edir?

– Bəzən insanların məni görərkən göstərdiyi reaksiya gülməlidir. Buna baxmayaraq, heç vaxt mənə qarşı ayrı-seçkilik və ya pis reaksiya göstərməyiblər.

– İkili vətəndaşlığınız var: Uqanda və Portuqaliya. Hazırda davam edən Dünya Kubokunda hansı komandanı dəstəkləyirsiniz?
– Komandam Portuqaliyadır. Sona qədər Portuqaliya milli komandasını dəstəkləyəcəm!

 

 Günay Xəlil