Dopinqə görə futboldan 4 il uzaqlaşdırılan və daha sonra cəzası 18 aya endirilən Pol Poqbanı ölkəsinin nəhənglərindən biri transfer etmək üçün gözləyir.
Offsideplus.az xəbər verir ki, 2025-ci ilin martına meydanlara dönməli olan yarımmüdafiəçinin "Yuventus"la müqaviləyə xitam vermək istəyir. Məlumatı Fabritsio Romano yayıb.
Eyni zamanda Fransa mediasında "Live Foot"un xəbərinə görə, "Olimpik" (Marsel) oyunçunun xidmətində maraqlıdır. Ancaq futbolçu bunun üçün maaşında azaltma etməlidir.
Qeyd edək ki, fransız ulduz karyerası ərzində 446 matçda 76 qola və 96 məhsuldar ötürməyə imza atıb.