Millətlər Liqasında Monteneqro və İslandiya ilə qarşılaşacaq Türkiyə millisinin heyətində dəyişiklik olub.

Offsideplus.az xəbər verir ki, İsmail Yüksek ilə Mert Günok komandadan çıxarılıb. Mertin yerinə "Eyüpspor"dan qapıçı Berke Özer yığmaya çağırılıb.

TFF-nin verdiyi açıqlamaya görə, hər iki oyunçunun zədəsinin qarşılaşmalara kimi tam sağalmayacağı müəyyən olunub. Bu səbəbdən də futbolçular millidən çıxarılıb və müalicələri klublarında davam etdiriləcək.

Qeyd edək ki, Türkiyə oktyabrın 11-də Monteneqro ilə, 3 gün sonra isə İslandiya ilə üz-üzə gələcək.