"Mançester Yunayted" 2024/25 mövsümünə çox pis başlayıb.
Offsideplus.az xəbər verir ki, "qırmızı şeytanlar" cari futbol ilində 7 tur ərzində 8 xal toplayaraq 14-cü pillədə qərarlaşıb. Bu, son 35 mövsümün ən pis göstəricisidir.
Məlumatı "Opta Sports" yayıb. Mançester təmsilçisi sonuncu dəfə 1989/90 mövsümdə 7 tura 7 xal qazanmışdı. Həmin zaman "qırmızı şeytanlar" turniri 13-cü pillədə başa vurub. Bu da Sir Aleks Ferqyusonun rəhbərliyində ən pis göstərici olub.