İtaliya klubu Mario Balotellini heyətinə cəlb etmək istəyir.

Offsideplus.az xəbər verir ki, "Torino" Zapatanın diz zədəsindən sonra hücum xəttini gücləndirmək üçün italyan ulduzu komandaya gətirmək niyyətindədir. Bu barədə "La Stampa" məlumat yayıb. 

34 yaşlı oyunçu daha öncə DAZN-a verdiyi açıqlamada xarici klublardan təklif aldığını, amma İtaliya A Seriyasına dönmək ümidi olduğu üçün gedişatı yavaşlatdığını bildirmişdi.

Qeyd edək ki, ötən mövsüm "Adana Demirspor" forması ilə 16 matçda meydana çıxan Balotelli 7 qola və 1 məhsuldar ötürməyə imza atmışdı.