"Qalatasaray"ın Paulo Dibalanı transfer etmək istəyi ilə bağlı xəbərlər yayılmaqda davam edir.

Offsideplus.az xəbər verir ki, ulduz futbolçunun meneceri Karlos Novel "Cim-Bom" ilə görüşdən sonra İstanbuldan ayrılaraq İspaniyaya qayıdıb. Bu barədə "Calcio Mercato" məlumat yayıb. 

Dibalanın hələ də "Roma"dan ayrılmağa qərar vermədiyi, transfer ehtimallarını növbəti həftə dəyərləndirəcəyi qeyd olunub.

İtaliya klubu cari mövsümün sonunda müqaviləsinin müddəti başa çatacaq Paulo üçün ən azı 5 milyon avro tələb edir. "Sarı-qırmızılar"ın isə argentinalıya ilinə 10 milyon avroluq 2 illik sözləşmə təklif etdiyi iddia edilir.