I Liqada V turun oyun cədvəli açıqlanıb.

Offsideplus.az xəbər verir ki, üç günü əhatə edəcək turun bütün görüşləri Peşəkar Futbol Liqasının I Liqa / II Liqa yutub kanalında canlı yayımlanacaq.

16 oktyabr (çərşənbə)

“Karvan” – “İmişli” 

Yevlax şəhər stadionu, 15:00

“Qaradağ Lökbatan” – “Mingəçevir”

Lökbatan OİK stadionu, 15:00

18 oktyabr (cümə)

“Cəbrayıl” – MOİK 

“ASCO Arena”, 13:30 

“Zaqatala” – “Baku Sportinq”

Zaqatala OİK stadionu, 14:00

19 oktyabr (şənbə)

“Qəbələ” – “Difai”

Qəbələ şəhər stadionu, 14:00

Qeyd: MOİK-in ev oyunları üçün sifariş etdiyi Binə qəsəbə stadionunda aparılan təmir və yenidənqurma işləri ilə əlaqədar olaraq 1-ci dövrənin MOİK – “Cəbrayıl” oyunu ilə 2-ci dövrənin “Cəbrayıl” – MOİK görüşlərinin yeri dəyişdirilib.