Fransa milli komandasının baş məşqçisi Didye Deşam Kilian Mbappenin heyətə çağırılmaması haqqında açıqlama verib.

Offsideplus.az xəbər verir ki, mütəxəssis Fransa Futbol Federasiyasına özəl reportajında bu mövzuya da toxunub:

"Ən önəmli oyunçunun marağıdır. Klubuna qarşı çıxmaq istəmir. Onu çətin vəziyyətə salmadan istəklərini ön planda tutmalıyıq".

Çalışdırıcı futbolçuların klublarına qarşı məsuliyyət daşıdıqlarını bilirib:

"İşi verən federasiya deyil, klubdur. Oyunçu fiziki problemlər yaşaya bilər. Bu səbəbdən də klublar həmişə futbolçuların milli komandalara getməməyinə çalışıblar. Mən də daha öncə klubda baş məşqçi olmuşam. Mənim üçün ən önəmli olan oyunçularımla münasibətim və onlarla birbaşa danışmağımdır".

Qeyd edək ki, yığmaya zədəsinə görə çağırılmadığı söylənilən fransız ulduz La Liqada "Real"ın "Vilyareal"la oyununa start "11-lik"də çıxmışdı. Bu hadisədən sonra Mbappe tənqid hədəfinə çevrilmişdi.