AFFA-nın bu gün baş tutan İcraiyyə Komitəsinin iclasında inkişaf strategiyasının son durumu müzakirə olunub.
Offsideplus.az xəbər verir ki, AFFA-nın inkişaf strategiyasının 2025-ci ilin yanvarında ictimaiyyətə açıqlanacağı bildirilib.
Bundan əlavə, AFFA-nın Texniki direktoru Cahangir Həsənzadə aşağı yaş qrupları üzrə milli komandalarımızın seçmə mərhələdəki çıxışı ilə bağlı hesabat verib. O, İcraiyyə Komitəsi üzvlərinin suallarını cavablandırıb. Bu xüsusda təklif və rəylər dinlənilib, nəzərə alınıb.