Bu gün AFFA-nın İcraiyyə Komitəsinin iclası baş tutub. 

Offsideplus.az xəbər verir ki, iclas zamanı Azərbaycan millisinin baş məşqçisi Fernandu Santuş rəhbərlik önünə çıxıb. Portuqaliyalı mütəxəssis yığmanın UEFA Millətlər Liqasındakı çıxışı ilə bağlı hesabat verib. AFFA-nın yaydığı məlumatda bildirilir: 

"İcraiyyə Komitəsi üzvləri baş məşqçinin qeydə alınmış nəticələrlə bağlı fikirləri ilə tanış olublar. F.Santuş millimizin gələcək perspektivləri barədə gözləntilərini bölüşüb". 

Qeyd edək ki, millimiz UEFA Millətlər Liqasında C Liqasının 1-ci qrupunu sonuncu yerdə başa vuraraq D Liqasına düşüb.