"Neftçi"dən ayrılacaq futbolçu bəlli olub.

Offsideplus.az xəbər verir ki, söhbət Azər Əliyevdən gedir. 

Samir Abasov oyunçunun xidmətində maraqlı deyil. Mütəxəssis müdafiəçinin qışda komandadan göndərilməsini istəyir.

Düzdür, Azərin "Neftçi" ilə iyun ayına kimi müqaviləsi var. Lakin tərəflər qarşılıqlı razılıq əsasında yolları ayırmaq istəyir. 30 yaşlı futbolçunun Rusiyadan təkliflərinin də olması "Neftçi"nin işinə yarayır. Flaqman millimizin üzvünə pul ödəmək istəmir. Bu səbəbdən də Azərə özünə yeni komanda tapmasının lazım olduğu bildirilib.

Qeyd edək ki, Əliyev bu mövsüm "Neftçi"də 8 matçda meydanda çıxıb. O, bu görüşlərdə 2 məhsuldar ötürmə edib.