"Qalatasaray" klubu Paulo Dibalanın mümkün transferi barədə açıqlama verib. 

Offsideplus.az xəbər verir ki, klubun ikinci prezidenti Metin Öztürk Dibala barədə ünvanlanan suala belə cavab verib:

"Qışda komandadan gedənlər və gələnlər olacaq. Transferlərə mən baxmıram. Əlaqəyə keçildiyini bilirəm, amma burda əsl söz sahibi Okan Burukdur. Rəhbərliyin işi transfer məsələlərinin maliyyəsini müəyyənləşdirməkdir".