"Fənərbağça" qışda 1 futbolçu ilə yollarını ayırmaq niyyətindədir.
Offsideplus.az xəbər verir ki, söhbət Sebastyan Şimanskiydən gedir. Polşalı yarımmüdafiəçi ilə İtaliyanın "Fiorentina" klubu yaxından maraqlanır.
Məlumatı "Tutto Mercato" nəşri yayıb. Seriya A təmsilçisinin baş məşqçisi Rafael Palladino polşalının alınmasını istəyib. "Fiorentina"nın skautları oyunçunu yaxından izləmək üçün Avropa Liqasında keçirilən "Fənərbağça" - "Atletik" matçına da təşrif buyurublar.
İtaliya klubu oyunçu üçün İstanbul təmsilçisinə 20 milyon avro ödəməyə hazırdır.