Avropa Liqasının sosial şəbəkə hesabı sabiq "Neftçi"lini paylaşıb.

"Ferentsvaroş" formasını geyinən Mateus Saldanya Macarıstan çempionatında Puşkaşa qarşı het-trik edib. Tanınmış şərhçi Ceyhun Rzayev "Offside" radio proqramında braziliyalının "Neftçi"dən öncə "Qarabağ"a təklif olunduğunu açıqlayıb. 

"Offside"ı həftəiçi hər gün saat 14:00-da Sağlam Radio 93FM-də dinləyə və offsideplusaz Teleqram kanalında canlı izləyə bilərsiniz.