FİFA İtaliya A Seriyasında "Komo" çıxış edən Marko Kurtoya irqçiliyə görə 10 oyunluq cəza verib.
Offsideplus.az xəbər verir ki, "Vulverhempton"la oynanan hazırlıq matçında Kurto rəqibinə qarşı işlətdiyi ifadəyə görə cəzalanıb. O, İngiltərə təmsilçisinin heyətində olan Cənubi Koreyalı futbolçu Hvanq Hee-Çanla mübahisə zamanı "özünü Ceki-Çan zənn eliyir" ifadəsini işlədib. Bu hərəkət də FİFA tərəfindən ayrı-seçkiliyə yönəlik addım kimi qiymətləndirilib.
Cənubi Koreya Futbol Federasiyasının müraciətini dəyərləndirən qurum italyan müdafiəçinin 10 qarşılaşmada iştirakına qadağa qoyub. Cəzanın yarsı 2 illik nəzarət müddəti ilə şərti verilib.