"Mançester Siti" zədə səbəbilə uzun müddətlik sıradan çıxan Rodrinin əvəzinə La Liqadan futbolçu transferinə hazırlaşır.

Offsideplus.az xəbər verir ki, "şəhərlilər" "Real Sosyedad"dan Martin Zubimendini heyətinə cəlb etmək istəyir. Bu barədə İspaniya mediasından "Relevo" məlumat yayıb.

Premyer Liqa klubu orta sahə oyunçusunun hələ də müqaviləsini yeniləməməsindən yararlanmaq istəyir. Onlar 60 milyon avro sərbəstqalma maddəsindən istifadə etməyi düşünürlər. 

İspan ulduz daha öncə yay "transfer pəncərsi"ndə "Liverpul"un təklifini rədd etmişdi və açıqlamasında içdən gələn qərar olduğunu, ən düzgün olanı etdiyini söyləmişdi".

Qeyd edək ki, yeni mövsümdə "Real Sosyedad" forması ilə 10 matçda meydana çıxan Zubimendi 1 qol vurmağı bacarıb.