"Fənərbağça"nın ulduz futbolçusu zədəsini sağaldaraq meydanlara qayıdıb.
Offsideplus.az xəbər verir ki, Türkiyə Super Liqasının VII turunda "Antalyaspor"a qarşı matçda zədələnən Çağlar Söyüncü müalicəsinin ardından fərdi məşqlərə başlayıb.
Qeyd edək ki, "sarı-lacivərdlilər" çempionatın IX turunda "Samsunspor"la qarşılaşacaq.