“Azerreyl” klubunun qadın və kişi komandaları bu gün Fransaya yola düşüblər.

Offsideplus.az xəbər verir ki, hər iki komanda ölkəmizi çimərlik voleybolu üzrə Avropa Kubokunda (Beach Volley European Cup) təmsil edəcək. 

Kubok uğrunda mübarizə 10-13 oktyabr tarixlərində Montpellier şəhərində keçiriləcək.

Qeyd edək ki, yarışın püşkatma mərasimi sabah baş tutacaq.