"Turan Tovuz"un 24 yaşlı yarımmüdafiəçisi Henri Okebuqvunun Offsideplus.az-a müsahibəsini təqdim edirik:

– Son turda “Sumqayıt” üzərində qələbə qazandınız. Təəssüratlarınız bölüşərdiniz...

– "Sumqayıt"ı yaxşı analiz etmişdik, məşqlərdə də çox çalışdıq. Oyunda maksimum performansımızı ortaya qoyduq və son dəqiqələrdə qələbəyə sevindik.

– Qalibiyyəti tortla qeyd etdiniz. Komandada belə “şirin” anlar çox olur?

– Qələbəsiz çox oyun keçirmişdik. "Sumqayıt" çətin rəqib idi. Buna görə də qələbə qazanmaq komanda olaraq bizim üçün böyük motivasiyadır. Ailə kimiyik və birlikdə qalib gəlirik.

– Albaniyada çıxış etmisiniz, Azərbaycan və sözügedən ölkənin çempionatı arasında hansı fərqlər var?

– Hər iki çempionat fiziki və texniki cəhətdən oxşardır.

Screenshot 2022 11 01 122937

– Albaniyada oynayarkən, Ansi Aqolli barədə eşitmişdiniz?

– Onun Albaniya millisinin kapitanı olduğunu eşitmişdim, şəxsən tanımıram.

– “Turan Tovuz”a transferiniz necə baş verdi?

– Albaniyada müqaviləmin müddəti başa çatdıqdan sonra yeniləmək və ya orda başqa bir komandaya qatılmaqdan imtina etdim. Çünki yeni rəqabət istəyirdim. "Turan Tovuz" mənimlə əlaqəyə keçəndə düşündüm ki, kim bilir, bəlkə bu çempionatda yaxşı performans sərgiləsəm daha böyük klublara keçə bilərəm? Azərbaycanı seçməyimdə əsas motivasiyam bu olmuşdu.

– Karyeranız boyunca Albaniyada daha çox oynamısınız. Bu “ənənəni” Azərbayacanda da davam etdirmək istəyirsiz?

– Komandamla çox çalışmağa davam etsəm və yaxşı mövsüm keçirsəm,  Azərbaycanda daha çox qala bilərəm. Gələcəyi bilmək olmaz.

– Cari mövsüm “Turan Tovuz”da əsas hədəfiniz nədir?

– Şəxsi hədəflərim yoxdur, sadəcə yaxşı oynamaq və komandam üçün əlimdən gələnin ən yaxşısını ortaya qoymaq istəyirəm. Mövsümün sonuna qədər hələ çox oyunlarımız var.

Screenshot 2022 11 01 122902

– Aylardır Azərbaycandasız, Bakıya ilk gələndə hansı çətinliklərlə üzləşdiniz?

– Heç bir çətinliyim olmadı. Sadəcə komanda yoldaşlarımı tanımağım və məşq etməyim lazım idi. Məşqlərdə get-gedə daha da yaxşılaşıram.

– Ölkəyə uyğunlaşa bilirsiniz? Yeni mətbəx, mədəniyyət, dil…

–  Burdakı yeməklər dadlıdır, mədəniyyətə də hörmət edirəm. Dilə gəlincə isə, bir az çətindir. Lakin zamanla düzələcək. Yalnız "çox sağ ol" mənasını verən "sağ ol" ifadəsini bilirəm (gülür).

– Yerli əhali sizə necə rəftar edir?

– Hamı çox yardımsevər və dostcanlıdır.

312477614 531060352359084 7765135708785841320 n

– Baş məşqçi Ayxan Abbasovun rəhbərliyi altında çalışmaqdan məmnunsunuz?

– Baş məşqçimiz hamımıza ata kimidir. Səmimi insandır. Həm meydanda, həm də meydandan kənar bizim yaxşı olmağımızı istəyir.

– Komanda yoldaşlarınızla münasibətiniz necədir?

– Onlar mənim komanda yoldaşlarım deyil, qardaşlarımdır.

– Növbəti oyun “Şamaxı”ya qarşı olacaq. İlk oyunda qalib gəlmişdiniz, sizcə, asan oyun olacaq?

– Çempionatda asan oyun yoxdur. Evdə oynayacağıq, "Şamaxı"dan maksimum xalları almaq üçün ən yaxşı oyunumuzu göstərməliyik. Rəqib yaxşı komandadır.

311131440 518652966933156 1045535770054233974 n

– “Turan Tovuz” azarkeşlərinə söyləmək istədiklərin…

– "Turan Tovuz" azarkeşləri hər zaman həm yaxşı, həm də pis günümüzdə bizimlə birlikdədirlər. Daha yaxşı nəticə göstərməyə və onları oyunlarımız və qələbələrimizlə məmnun etməyə davam edəcəyik. Azarkeşlərimizi və hər oyun – istər səfər, istərsə də ev matçı olsun, bizə göstərdikləri dəstəyi sevirəm.