Kilian Mbappe Madrid təmsilçisinin sentyabr ayı üçün ən yaxşısı seçilib və bununla bağlı fikirlərini bölüşüb. 

Offsideplus.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, forvard belə söyləyib:

"Ayın oyunçusu olmaqdan məmnunam. Mən özümü çox xoşbəxt hiss edirəm. Qarşıda çox vacib matçlar var. Amma mən və komandam hazırıq".

Qeyd edək ki, "Transfermarkt" internet-portalı 25 yaşlı fransalı mərkəz hücumçusunun transfer dəyərini 180 milyon avro məbləğində qiymətləndirir.