"Real Madrid"in baş məşqçisi Karlo Ançelotti AVRO-2024-dən sonra karyerasını başa vuracaq yarımmüdafiəçi Toni Kroosun Madriddən kluba qayıda biləcəyini inkar etmir.
Offsideplus.az xəbər verir ki, bu barədə o, mətbuat xidmətinə açıqlama verib:
“Mən artıq Toni Kroosa demişəm ki, əgər o, yaxın aylarda fikrini dəyişsə, hər şeyi davam etdirmək üçün sadəcə bir zəng kifayət edəcək!”