"Barselona" transfer mübarizəsində uğursuz olub. 

Offsideplus.az xəbər verir ki, rəhbərliyin İngiltərə millisinin hücumçusu Harri Keyni transfer etmək cəhdi görünür ki, baş tutmayıb.

Məlumata görə, Keyn hazırkı vəziyyətindən razıdır və "Bayern Münhen" də qalmağa meyillidir.

Onun klubdakı sabit mövqeyi, oyun formu və ümumi şəraiti futbolçunu komandada qalmağa daha çox yönləndirir.

Bundan əlavə, yaxınlaşan Dünya Çempionatı da hücumçunun tələsik qərar verməsinin qarşısını alan əsas amillərdən biri kimi göstərilir.

Beləliklə, "Barselona"nın bu transfer planı reallaşmadı.