Tibo Kurtua "El Klasiko"da Yamalla mübahisə anından danışdı.
Offsideplus.az xəbər verir ki, "Real Madrid"in qapıçısı El Klasikodakı gərginlik barədə danışıb və Lamin Yamal ilə bağlı açıqlamalar verib. O, mətbuatın mövzunu böyütdüyünü qeyd edib.
Kurtua bildirib ki, Yamalın meydandakı davranışı oyunun ab-havasını qızışdırıb:
“Lamine Yamal danışıq tərzi ilə oyuna bir az od atdı və mətbuat da bunu dərhal istifadə etdi.”
O, Yamal ilə Dani Karvahal arasında dialoq gördüyünü, bu səbəbdən qarşılıqlı sözlərin deyildiyini əlavə edib:
“Gərginlik və adrenalin yüksək olur. Bəzən elə sözlər deyirsən ki, sonra lazım olmadığını anlayırsan.”
Kurtua Klasikonun hər zaman xüsusi atmosfer yaratdığını deyib:
“Klasiko belədir. Ötən mövsüm biz dörd dəfə uduzduq və bu cür həyəcanı yenidən hiss etməyə ehtiyacımız var.”
"Barselona" ilə münasibətə toxunan qapıçı arada heç bir şəxsi problem olmadığını vurğulayıb:
“Barselona" rəqibimizdir. Onlar qalib gələndə də bizi hörmətsiz qarşılamırdılar. Lamin ilə də heç bir problemim yoxdur. Sabah restoranda görsəm, salam verərəm.”
Sonda o, Yamalın sözlərinin motivasiya yaratdığını bildirib:
“Klasiko özü motivasiya verir, amma belə sözlər motivasiyanı bir az da artırır.”



