"Barselona" klubu La Liqada "Sevilla" klubunun qonağı olub.
Offsideplus.az xəbər verir ki, "Sevilla" oyunda 4:1 hesabla qalib gəldi və 4-cü pilləyə yüksəldi.
Oyunun sonunda katalonların heyətində Markus Raşford zədələndi.
Hətta onun şiddətli ağrılar hiss etdiyi bildirilib. Nəticədə futbolçu tibbi heyətin köməkliyi ilə meydanı tərk edib.




