"Barselona"nın yay transfer pəncərəsi üçün əsas hədəfi bəlli olub.

Offsideplus.az xəbər verir ki, onlar Robert Levandovskini əvəzləyəcək hücumçu axtarışındadır. 

Katalonların bu mövqe üçün əsas hədəfi "Atletiko Madrid"də çıxış edən Hulian Alvarezdir. Son məlumata əsasən, futbolçu özü də bu transferi arzulayır.

Lakin bu transferdə əsas əngəl "Atletiko" rəhbərliyi olacaq. Madridlilərin argentinalı üçün 200 milyon avro tələb edəcəyi bildirilib.