"Liverpul" klubu "Barselona"nın 26 yaşlı mərkəz müdafiəçisi Ronald Arauxoya maraq göstərir.
Offsideplus.az xəbər verir ki, "Barselona"nın maliyə çətinlikləri yaşaması bu transferin baş tutma ehtimalını daha da, artırır. Mersisayd təmsilçiləri onu 33 yaşlı Vircil van Deykin potensial əvəzedicisi kimi görürlər. Qeyd edək ki, van Deykin klubla müqaviləsi bu yay başa çatır. Əgər bu transfer gərçəkləşərsə Kataloniya təmsilçisi üçün oyunçunun gedişi müdafiə xətti üçün zərbə ola bilər.
Arauxo yanvar ayında "Barselona" ilə yeni müqavilə imzalayıb. Müqavilədə futbolçunun sərbəst qalma məbləği 65-75 milyon avro olaraq göstərilib. Digər tərəfdən, "Barselona" "Liverpul"un kolumbiyalı vingeri Luis Diasla maraqlanır. Beləliklə, Arauxo transferində Luis Diasın da razılaşmanın tərkib hissəsi ola biləcəyi istisna olunmur.
Qeyd edək ki, bu mövsüm Ronald Araujo bütün turnirlərdə 15 oyunda iştirak edib, 2 qol və 2 assistlə yadda qalıb. Onun hazırkı müqaviləsi 2031-ci ilin yayına qədər qüvvədədir. "Transfermarkt" portalının məlumatına görə, müdafiəçinin bazar dəyəri 50 milyon avrodur.